22/01/2016
17:14
8494
| A A A
Pedronun "barıtı" tez bitdi
Avqustda gözlənilmədən "Chelsea"yə transfer olunan Pedro Rodriqez artıq London klubunu tərk etmək fikrinə düşüb. 27 milyon avro qarşılığında "zadəganlar"ın rənglərinə qoşulan yarımmüdafiəçi bu mövsüm 3 dəfə fərqlənib və artıq Britaniya nəşrləri tərəfindən uğursuz transfer kimi göstərilir. Goal.az xəbər verir ki, Pedro La Liqaya qayıtmaq istəyir. "Valencia" və "Villareal" klubları onun xidmətlərində maraqlıdır. Baş məşqçi Quus Hiddink ispaniyalı futbolçunun buraxmaq istəməsə də, "Chelsea" Pedro üçün gələcək təkliflərə açıqdır. O, son illər "Chelsea"də özünü göstərə bilməyən yeganə oyunçu deyil. Bu siyahıda Kevin de Bruyne, Andre Şürrle, Xuan Kuadrado, Demba Ba və Məhəmməd Salah da var.
GÜNÜN ƏN ÇOX OXUNANLARI