"Chelsea" serb müdafiəçi ilə müqaviləni yenilədi
"Chelsea" Branislav İvanoviçlə müqaviləsini yeniləyib. Goal.az klubun saytına istinadən xəbər verir ki, serb müdafiəçi "zadəganlar"la müqavilənin müddətini 2017-ci ilin yayına kimi artırıb. 31 yaşlı oyunçunun öncəki müqaviləsi mövsümün sonunda bitməli idi.
"Chelsea" də daha bir mövsüm qaldığıma görə şadam. 8 il bu klubun şərəfni qorumuşam. Bura mənim evimdir. Mövsümün son ayları və qarşıdakı mövsümdə komandanın uğur qazanması üçün əlimdən gələni etməyə hazıram".
2008-ci ilin yanvarından "Chelsea"nin formasını geyən İvanoviç ikiqat İngiltərə çempionu, ÇL və Avropa Liqasının qalibidir. "Zadəganlar"ın heyətində 341 dəfə meydana çıxan təcrübəli müdafiəçi 32 dəfə fərqlənməyə nail olub.