17/12/2015
18:36
5181
| A A A
“Bavariya” Qvardiolanı Lövlə əvəzləmək istəyir
"Bavariya” Qvardiolanı Lövlə əvəzləmək istəyir.

Goal.az İspaniyanın "Marca” qəzetinə istinadla xəbər verir ki, Xosep Qvardiola "Bayern Munchen”in rəhbərliyinə müqaviləsinin müddətini uzatmaq fikrində olmadığını bildirib. Çalışdırıcının sözləşməsi 2016-cı ilin yayında bitir. Münhen klubu mütəxəssisə illik 20 milyon avro maaş ödəməyə hazır olsa da, Qvardiola ayrılmağı üstün tutub. Baş məşqçinin yeni mövsümdən etibarən "Manchester City”də işləyəcəyi deyilir.

Artıq "Bayern Munchen" yeni baş məşqçi axtarışlarına başlayıb. "Münchner Merkur”un xəbərinə görə, namizədlər arasında Yoahim Lövün adı var. Xatırladaq ki, daha əvvəl Almaniya təmsilçisinin Karlo Ançelottiylə centlmen razılaşması əldə etdiyi deyilirdi.
GÜNÜN ƏN ÇOX OXUNANLARI