Nazarov oynadı, komandası qələbə qazandı
Almaniya çempionatının II Bundesliqadında XIX turun oyunları keçirilib.
Goal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue” səfərdə "Sankt Pauli"nin qonağı olub.
Görüş qonaqların qələbəsi ilə yekublaşıb. – 2:1. 55-ci dəqiqədə komanda yoldaşını əvəzləyən Nazarov son 35 dəqiqədə meydanda olub.
Bu qələbə ilə xal hesabını 25-ə çatdıran "Karlsrue” 10-cu pillədə qərarlaşır.