Müllerin məvacibi artırıldı
"Bavariya" ötən gün Boatenq, Xavi Martinez, Xabi Alonso və Tomas Müllerlə müqaviləni yeniləyib. Bu futbolçulardan ən çox məvacib Tomas Müllerə ödənəcək. Goal.az xəbər verir ki, almaniyalı mütəxəsis ildə 15 milyon məvacib alacaq. Bundan başqa, Boatenq 12 milyon, Martinez 9 milyon avro maaş alacaq. Hər üç futbolçunun yeni müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub. Alonso isə ildə 8 milyon avro qazanacaq. Adı "Liverpool"la hallanan yarımmüdafiəçinin yeni müqaviləsi 2017-ci ildə başa çatacaq.