22/12/2015
18:15
12566
| A A A
Ançelottinin şərtlərindən biri də budur
"Bavariya"nın gələcək baş məşqçisi Karlo Ançelotti komandanın aparıcı hücumçusu Robert Levandovskinin "Real"a satılmasına tərəfdar deyil. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəsis bir neçə şərtlə "Bayern"də işləməyə razı olub ki, bunlardan biri də Levandovskinin Münhen klubunda qalmasıdır. Eyni zamanda polyak hücumçunun müqaviləsinə görə onunla maraqlanan klublar yalnız "Bayern"lə əlaqə yarada bilər.
Levandovskinin "Bavariya" ilə cari müqaviləsi 2019-cu ildə başa çatacaq. O, ildə 10 milyon avro məvacib alır. Daha öncə "Real"ın polşalı forvarda 12, PSG və "Manchester United"in isə 15 milyon illik məvacib ödəməyə hazır olduğu deyilirdi.
GÜNÜN ƏN ÇOX OXUNANLARI