24/12/2015
17:35
6622
| A A A
Ançelottinin "Bavariya"dan Alonso xahişi, Levandovski şərti
"Bavariya" yarımmüdafiəçisi Xabi Alonso ilə müqavilənin müddətini Karlo Ancelottinin xahişi ilə artırıb.
 
Goal.az xəbər verir ki, bu bardə "Süddeutsche Zeitung" nəşri yazıb. Mövsümün sonuna qədər komandanın baş məşqçisinin Qvardiola olsa da, rəhbərlik 34 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi ilə bağlı italiyan mütəxəssislə məsləhətləşib. İyulun 1-dən işinə başlayacaq Ancelotti klub rəhbərliyini birlikdə "Real"da çalışdığı futbolçunun xeyli fayda verəcəyinə inandıra bilib.

"Bavariya" Alonso ilə müqavilənin müddətinin uzadılmasını 18 dekabrda elan etdi, Qvardiolanın gedişi və Ancelotti təyinatı isə 2 gün sonra açıqlandı.

Ancelottinin "Bavariya"nın başına keçməmiş daha bir məsələyə aydınlıq gətirdiyi bildirilir. O, "pivəçilər"i çalışdırmağa Robert Levandovskinin satılmaması şərti ilə razılıq verib. 


New submenu

New submenu
%
New submenu
%
11287 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI