"Roma"nın yeni baş məşqçisi məlum oldu
"Roma" yeni baş məşqçisini paytaxta gətirib. Goal.az xəbər verir ki, Luçano Spaletti ikinci dəfə paytaxt klubunun sükanı arxasına keçib. İtalyan mütəxəsislə imzalanan müqavilənin şərtləri açıqlanmasa da, KİV-lər onun 2.8 milyon avro maaş alacağını bildirir. Spaletti ilə 18 aylıq müqavilə imzalanıb. O, 2005-2009-cu illərdə də "Roma"nı çalışdırıb. "Yenidən top-çempionata qayıtdığıma görə şadam" - Spaletti deyib.