Miyatoviçə vitse-prezident vəzifəsi verildi
"Fiorentina" və "Real"ın keçmiş futbolçusu Predraq Miyatoviç yeni işdə özünü sınayacaq. Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəsis "Palermo"nun vitse-prezidenti olacaq. Çernoqoriyalı futbol adamına idman və texniki sahdə tam səlahiyyətlər veriləcək. Miyatoviçin bir neçə gün əvvəl "Real"a idman direktoru təyin olunacağı barədə məlumat yayılmışdı.