24/01/2016
18:03
3690
| A A A
"Rəvan" "Zirə"dən cavab gözləyir

"Rəvan”nın qapıçı Kostyantin Maxnovski ilə yollarını ayıraraq onun yerinə "Xəzər Lənkəran”dan ayrılan Orxan Sadıqlını gətirməsini xəbər vermişdik. 

Goal.az xəbər verir ki, "Rəvan” yarımmüdafiənin mərkəzində olan boşluğu "Zirə”nin futbolçusu Mirkamil Həşimli ilə doldurmaq fikrindədir. Bu barədə komandanın baş məşqçisi Bəhmən Həsənov saytımıza açıqlamasınd abildirib: "Mirkamil Həşimli ilə yaxından maraqlanırıq. Onu hələ "Fənərbaxça”dan tanıyıram. Onun oyununu çox bəyənirəm. Hazırda bizimlə birlikdə məşqlərdə iştirak edir. Ancaq bilmirəm "Zirə” onu bizə verməyə razı olacaq, ya yox. Onlar hazırda Antalyada toplanışdadılar. "Zirə” rəhbərliyi ilə hələ danışığımız olmayıb. Vətənə dönmələrini gözləyirik. Ondan sonra danışıq aparacağıq”.

Bəhmən müəllim onu da bildirdi ki, "Sumqayıt”dan ayrılan Nuran Qurbanov və Ukraynada çıxış edən Yasin Həmidlə müqavilə imzalayıblar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI