Yaşar Vahabzadə: "Nəticədən razı qaldım, oyunumuz qane etmədi"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının "Antalya Cup” turnirində bu gün Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşmasından qalib ayrılıb 3-0.
Goal.az xəbər verir ki, sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına fikirlərini bildirib: "Nəticədən razı qaldım. Lakin oyunumuz məni qane etmədi. Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyun keyfiyyətini aşağı salan amillərdən idi”.