25/01/2016
15:56
4591
| A A A
"Qəbələ" "Dnepr"ə belə uduzdu
"Qırmızı-qaralar" yanvarın 10-da başlayan təlim-məşq toplanışını Ukraynanın "Dnepr” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb. 

Goal.az xəbər verir ki, görüş "Gloria Sport Arena"da keçirilib. Komandanın baş məşqçisi Roman Qriqorçuk bu görüşdə aşağıdakı "11-liy"ə şans verib: 

Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Aleksey Antonov, Ermin Zets, Dodo.

Edmarın ilk yarıda vurduğu qol matçda yeganə olub və "Qəbələ" Antalyadakı 3-cü oyununda 0:1 hesabı ilə uduzub.

İlk iki oyununda Almaniyanın "Osnabryuk" (1:1) və İsveçrənin "Sürix" (4:0) klubları ilə qarşılaşan "Qəbələ" bu gün vətənə dönəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI