22/01/2016
16:52
6025
| A A A
"Espanyol" 3 ilə Çempionlar Liqasında oynayacaq
"Espanyol" klubunun yeni sahibi Çen Yençendir. Çinli iş adamı katalon klubuna məxsus səhmlərin 54%-ə yiyələnərək əsas söz sahibi olub. Goal.az xəbər verir ki, Yenşen gələcəyə böyük planlar qurduğunu və 3 ildən sonra "Espanyol"un Çempionlar Liqasında oynayacağını bildirib.
"Buna ümid edirəm. Amma komandanın baş məşqçisi Qılkeni tələsdirmək istəmirəm. Heyətdəki futbolçuları satmağa məcbur olmayacağıq".
1900-cü ildə əsası qoyulan "Espanyol" 2007-ci ildə UEFA Kubokunda final oynamışdı. Katalonlar sonuncu dəfə 1986/87 mövsümündə İspaniya Primerasının qalibi olub.
GÜNÜN ƏN ÇOX OXUNANLARI