25/01/2016
23:16
3918
| A A A
Benitez "Real" prezidentinin marketinq planlarını pozurmuş
İngiltərənin "Daily Mail" nəşri Rafa Benitezin "Real"ın baş məşqçisi postundan istefaya göndərilməsinin səbəblərini araşdırıb. Goal.az xəbər verir ki, klub prezidenti Florentino Perez ispaniyalı mütəxəsisin "lazımsız" əvəzetmələrindən narazı qalıbmş. Mənbənin iddiasına görə Perez oyunlar zamanı ulduz futbolçuların əvəzlənməsini məşqçinin səhvi hesab edirmiş. Məsələn, La Liqanın 16-cı turunda "Rayo Vallecano" ilə qarşılaşmada (10:2) Beylin meydandan çıxrılması kimi. Bundan başqa Xames Rodriqezə az şans verən Benitez klub prezidentinin marketinq planlarına da təsir edib. Deyilənə görə, Perez kolumbiyalı futbolçunun forma satışı ilə Kovaçiçin forma satışı arasındakı fərqi Benitezin diqqətinə çatdırıb. İstefanın digər səbəbi isə "Real"ın baxımlı oyun göstərməkdə çətinlik çəkməsi olub.
GÜNÜN ƏN ÇOX OXUNANLARI