26/01/2016
17:05
3651
| A A A
"Atletico" apellyasiya şikayəti verdi
"Atletico" FİFA tərəfindən qoyulan transfer qadağasına görə apellyasiya müraciəti təqdim edib. Goal.az klubun saytına istinadən xəbər verir ki, "Atletico" da həmşəhərliləri "Real" kimi azyaşlı futbolçuların qeydiyyatı zamanı qayda pozuntusuna yol vermədiyinə israr edir.
"Hesab edirik ki, fəaliyyətimiz qanun çərçivəsində olub. Apellyasiya şikayətinə müraciətimiz üzrə son qərar qəbul olunana kimi sanksiyaları müvəqqəti saxlamaq barədə xahiş də daxildir" - klubun rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, "Atletico" 900 min İsveçrə frankı həcmində cərimə də olunub.
GÜNÜN ƏN ÇOX OXUNANLARI