Klopp: "Asan oyunlarda qələbə hər kəsə lazımdır"
"Liverpool"un baş məşqçisi Yurqen Klopp Avropa Liqasında "Bordeaux" üzərində qazanılan qələbədən sonra (2:1) fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, almaniyalı mütəxəsis ilk hissədə daha yaxşı oynadıqlarını bildirib.
"Bu gün bizim üçün pis xəbər olmadı. Çünki oyuna qədər bilirdik ki, "Bordeaux" turnir cədvəlindəki yerinə baxmayaraq kifayət qədər güclüdür. Rəqibi meydanın mərkəzində qarşılamağa çalışdıq. İlk hissəni daha yaxşı keçirdik. Amma çətin anlarda top itirirdik. Bizim üçün açıq oyun keçdi. Bəzi qəribə qərarlar oldu. Ümid edirəm, "qəribə" sözü çox da kobud olmaz. Asan oyunlarda qələbə hər kəsə lazımdır. Lakin bu görüş asan deyildi. Bir neçə həftə öncə 3 xalımız vardı. İndi 9-dur. Qrup lideri olmaq üçün şansımız var".
"Staricin zədəsi haqqında heç nə deyə bilməyəcəm. Gözləmək lazımdır. Bu, yenidən döyüş olacaq. Hər şeyə hazır olmalıyıq".