"Anderlecht” Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la keçirəcəyi oyuna ciddi hazırlaşır.
Goal.az-ın məlumatına görə, klub rəhbərliyi təhlükəsizlik tədbirlərini xeyli gücləndirib. Brüssel şəhərinin meri də azarkeşlərə səslənib. O, azarkeşləri stadiona daha erkən saatda gəlməyə çağırıb. Bunun üçün klub rəhbərliyi hətta xüsusi təhlükəsizlik personalı ilə anlaşma imzalayıb. Bütün azarkeşlərin çantaları tək-tək yoxlanılacaq, plastik qablar stadiona buraxılmayacaq.
Petardaların stadionda partladılmasının insanlar arasında çaxnaşma yarada biləcəyini nəzərə alan rəhbərlik buna qəti surətdə qadağa qoyub. Buna əməl etməyən azarkeşlərə çox ağır cəzalar tətbiq ediləcək. Bundan əlavə, şəhərin meri azarkeşlərdən matçın fasiləsində yerlərini tərk etməməyi xahiş edib.
Sabah "Konstant Vanden Stok” stadionunda keçiriləcək "Anderlecht” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.