11/12/2015
07:55
4420
| A A A
"Qarabağ" son şansdan istifadə edə bilmədi

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Anderlecht"in qonağı olacaq.


Goal.az xəbər verir ki, Bakıda belçikalıları məğlub edən Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasındadı. 

 

Son turöncəsi 1/16 final mərhələsinə çıxmaq şanslarını saxlayan "Qarabağ"ı Belçikada çətin sınaq gözləyir. Çünki "Anderlecht" də qarşısına növbəti mərhələyə çıxmaq tapşırığı qoyub. "Qarabağ" Brüsseldə qələbə qazanacağı halda, "Anderlecht"lə xalları bərabərləşəcək. Şəxsi oyunların nəticələri isə belçikalıları arxada qoymağa imkan verəcək. Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki "Anderlext”in istənilən xal itkisi "Monako"nu növbəti mərhələyə biraz da yaxınlaşdıracaq. Bunun üçün Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən "Tottenham”i üstələməlidi. "Qarabağ”ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. "Qarabağ" qələbə ilə yanaşı, "Tottenham”in qalibiyyətini arzulamalıdı.

 

"Qarabağ” qalib gəlsə, "Monaco” heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, "Tottenham”lə birlikdə 1/16 finala yüksələcək ikinci komanda şəxsi oyunlarda ən yaxşı nəticəyə malik Qurbanovun yetirmələri olacaq.

 

 

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

 

J qrupu

 

00:05. "Anderlecht” (Belçika) – "Qarabağ” (Azərbaycan) - 2:1

Kintana 26 - Naxar 28, Okaka-Çuka 31

Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik

Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç

Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)

Brüssel. Konstant Vanden Stok stadionu


1. "Tottenham" -10

2. "Anderlecht" - 7

3. "Monaco" - 6

4. "Qarabağ" - 4

New submenu

New submenu
%
New submenu
%
New submenu
%
New submenu
%
13572 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI