Avropa Liqasındakı təmsilçilərimizdən biri olan "Qəbələ" bu gün qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Goal.az xəbər verir ki, növbəti mərhələ şansını itirən "qırmızı-qaralar" Bakıda Rusiyanın "Krasnodar" klubunu qəbul edəcəklər. "Qəbələ" qalib gəlməklə, ən yaxşı halda qrup üçüncüsü ola bilər. "Krasnodar" üçün isə qələbə qrup mərhələsini birinci pillədə başa vurmaq mənasında, vacibdi.
Ardıcıl 7 oyundu avrokuboklarda qələbə qazana bilməyən təmsilçimiz azarkeşləri önündə qələbə qazanaraq Avroliqanın cari mövsümündəki çıxışını major notda bitirmək arzusundadı.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
C qrupu
22:00. "Qəbələ” (Azərbaycan) – "Krasnodar” (Rusiya) - 0:3
Siqurdsson 27, Pereyra 40, Vanderson 76
Əlavə hakim köməkçiləri: Pavel Kristian Balay, Marius Avram
Bakı. 8-ci km qəsəbə stadionu