15/12/2015
00:19
7237
| A A A
UEFA Fenerbahçe" - "Lokomotiv" matçının vaxtını dəyişdi

UEFA Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gələcək Türkiyənin "Fenerbahçe" və Rusiyanın "Lokomotiv" komandaları arasında keçiriləcək ilk oyunun vaxtında dəyişiklik edib.

 

Goal.az-ın məlumatına görə, İstanbulda keçiriləcək ilk qarşılaşma fevralın 16-na təyin olunub. Buna səbəb fevralın 18-də "Galatasaray"ın da İstanbulda İtaliyanın "Lazio" klubu  ilə qarşılaşmasıdır.

 

UEFA-nın mətbuat xidmətindən bildirilib ki, son günlər Rusiya və Türkiyə arasında yaşanan gərgin münasibət səbəbindən cütlüyün oyunu təxirə salınmayacaq və hər bir komanda ev oyununu öz şəhərində keçirəcək.

 

Komandalar arasında cavab görüşü fevralın 25-də Rusiyanın Moskva şəhərində baş tutacaq.

New submenu

New submenu
%
New submenu
%
New submenu
%
New submenu
%
13579 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI