"Galatasaray"ın eks qapıçısı intihara cəhd edib
"Galatasaray"ın keçmiş qapıçısı Farid Mondraqon intihar etmək istəyib. Goal.az xəbər verir ki, veteran qapıçı böyük dozada anti-depressant qəbul etdiyindən dərhal xəstəxanaya yerləşdirilib. O, Kali şəhərində "Valle de Lili" klinikasında müalicə alır.
"Həyatımı yalnız özüm mühakimə edə bilərəm. Özümü müdafiə haqqı verilmədən başqaları tərəfindən mühakimə edilməkdən bezmişəm" - Mondraqon intihar cəhdindən öncə İnstagram-da paylaşıb.
Mondraqon 2014 DÇ-da Kolumbiya millisinin heyətində 1 oyun keçirməklə mundiallar tarixində meydana çıxan ən yaşlı oyunçu adını Rojer Miladan almışdı.