Halk : " Ailəm balaca Şahzadəmin sayəsində bütövdür"
"Zenit"in hücumçusu Halk həyat yoldaşı ilə birlikdə Alisi adlı qızı övladlığa götürüb. Goal.az xəbər verir ki, braziliyalı forvard İnstagram səhifəsində bu prosedur üçün 1 il vaxt sərf olunduğunu yazıb.
"Dostlar, həyatımın ən sevincli anlarından birini sizinlə bölüşmək istəyirəm. Tanrı tərəfindən mənə və ailəmə hədiyyə edilmiş şahzadə Alisini övladlığa götürməyim rəsmən təsdiqləndi. Onu hamıy təqdim etməyi səbirsizliklə gözləyirdim. Nəhayət, həmin an gəlib çatdı! İndi ailəm balaca Şahzadəmin sayəsində bütövdür" - Halk şəxsi hesabından qeyd edib.