"Fenerbahçe"nin futbolçusu boşanır
Türkiyə millisinin və "Fenerbahçe"nın müdafiəçisi Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkinlə boşanmaq üçün məhkəməyə müraciət edib.
Goal.az xəbər verir ki, Caner boşanmağa səbəb kimi aralarında tez-tez anlaşılmazlıqlar olduğunu və artıq bir yerdə yaşamaqlarının mümkün olmadığını qeyd edib.
Məhkəməyə müraciət edən tərəflərdən heç biri digərindən təzminat tələb etməyib.
Anlaşmalı boşanmaya əsasən Asena artıq Erkin soyadını daşımayacaq. Oğulları Çınar anasında qalacaq və futbolçu tərəfindən bütün xərcləri qarşılanacaq.