15/01/2016
19:15
7623
| A A A
Mundial Rusiyanı türklərə qarşı kompromisə məcbur edir
Rusiya hakimiyyəti Türkiyənin tikinti şirkətlərinə qarşı sanksiyaları yumşaltmaq istəyir. Bunun səbəbi 2018 DÇ üçün bəzi infrastruktur obyektlərin və qurğuların tikintisində türk şirkətləri tərəfindən təqdim olunan layihələrdir. Belə ki, mundiala hazırlıq planında tikinti qrafikindən geri qalmaq riski var. Goal.az xəbər verir ki, Rusiya hökuməti türk şirkətlərinə yerli vətəndaşları şirkətin idarəetməsinə cəlb etməsi şərtilə sərbəst fəaliyyət hüququ tanıya bilər. Eyni zamanda firmanın səhmlərinə də ruslar nəzarət etməlidir.
Qeyd edək ki, Rusiyada 30 türk inşaat şirkəti ilə ümumi dəyəri 60 milyard rubl həcmində sifariş yerinə yetirməlidir. İki ölkə arasındakı münasibətlər Türkiyə sərhədində Rusiyaya məxsus SU-24 qırıcısının vurulmasından sonra gərginləşmişdi. 
GÜNÜN ƏN ÇOX OXUNANLARI