Azərbaycanlı məşhur boksçu vəfat etdi
ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov (Bakı) dünyasını dəyişib.
Goal.az xəbər verir ki, bu barədə tanınmış idmançının dostu Ağəli Alışov öz facebook səhifəsində məlumat verib: "Əziz həmvətənlər bu dəqiqə aldığım məlumata görə ölkəmizi peşəkar boks ringlərində layiqincə təmsil edən "Emil Bakı" kimi tanınan Emil İsrafilbəyov rehmete getdi. Bu günlərdə Emilə dəstək olmağa çalışan hər bir kese təşəkkür edirəm!"
E.İsrafilbəyov 44 yaşında beyin xərçəngindən vəfat edib.
Emil İsrafilbəyov 27 aprel 1972-ci ildə Bakıda dünyaya gəlib. 1990-cı illərdə qardaşı Rüfət İsrafilbəyovla birgə ABŞ-a köçən mərhum idmançı 1995-ci ildən okeanın o tayında döyüşlərə çıxıb. O, orta ağır çəkidə keçirdiyi 24 döyüşdən 22-dən qalib, 2-dən məğlub ayrılıb.