Seneqallı futbolçu qəza törətdi
"West Ham United"in hücumçusu Diafra Sako yol qəzası törədb. İnsident Esseks qraflığının Horçerç ərazisində baş verib. Goal.az-ın məlumatına görə seneqallı forvardın idarə etdiyi 200 min funt dəyərində olan Lamborghini Huracan markalı avtomobil daş maneəyə çırpılıb. Anonim şahid Sakonun avtomobili böyük sürətlə idarə etdiyini bildirib.