22/01/2016
21:58
5101
| A A A
Koreyalı futbolçu bığuzadan kremə görə cəzalandırılacaq

FİFA Cənubi Koreya yığması və "Checu United" klubunun futbolçusu Kan Su İlin 2 il müddətinə cəzalandırılması xahişi ilə İdman Arbitraj Məhkəməsinə müraciət edib. 

Goal.az xəbər verir ki, ali futbol qurumu 28 yaşlı hücumçunun dopinqdən yararlanmasını səbəb göstərib. 

Oyunçunun özü isə qadağan olunmuş preparatın bığ uzadan krem vasitəsilə orqanizminə daxil olduğunu və həmin kremin ona hədiyyə edildiyini açıqlayıb. 

Ötən ilin iyununda İldən metiltestosteron anabolik steroidi aşkarlanıb. Dopinq-test milli komandanın heyətindəki debüt matçı ərəfəsində götürülüb.  Futbolçu 15 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu qərarı FİFA xeyli yüngül cəza sayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI