"Fenerbahçe" futbolçuları qəzaya düşüb
"Fenerbahçe"nin futbolçuları Caner Erkin və Mert Uyqar Üsküdarda avtomobil qəzasına düşüb.
Goal.az xəbər verir ki, futbolçular xəsarət almadan qurtulsa da, qarşı tərəfin sürücüsü xəstəxanaya aparılıb. "Fenerbahçe" yaydığı rəsmi bəyanatda futbolçuların yaxşı durumda olduqlarını və sağlamlıqla bağlı problemin olmadığını bildirib.
Mert Uyqar avqust ayında silahlı hücuma məruz qalan Mehmet Topalın avtomobilində də yer alırdı.