06/04/2016
15:02
5135
| A A A
Fan-klublar əsgərlər üçün bir arada

Azərbaycan çempionatında iştirak edən klublarımızın fan klubları bu gün bir araya gəlib.

Goal.az xəbər verir ki, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib. Aksiyaya 2 mindən çox azarkeş qoşulub.

Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər Xiyabanına üz tutublar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI