Güləşçimiz İranda bürünc medal qazandı
İranın paytaxtı Tehranda keçirilən ənənəvi beynəlxalq "Təxti Kuboku"nun ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçisi Sakit Quliyev bürünc medal qazanıb.
Goal.az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən Quliyev fəxri kürsüdə yer alıb.
Yarışların ikinci günündə 57 kq, 61 kq, 74 kq və 86 kq çəkidə sərbəst, 71 kq, 75 kq, 80 kq və 85 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
"Təxti Kuboku"na bu gün yekunlaşacaq.