Goal.az xəbər verir ki, yanvarın 16-da İstanbulda start götürən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparan Fəridə Əzizova (67 kq) makedoniyalı Petra Matiyaseviçi (4:1), ukraynalı Tatyana Teterevyanikovanı (3:0) və sloveniyalı Franka Aniçi (1:0) məğlub edərək finala yüksəlib. İdmançımız finala vəsiqə qazanmaqla Rio Olimpiadasında iştirak hüququ əldə edib. İdmançımız finalda rəqibini məölub edərək turnirin qalibi adını qazanıb.
Bu, taekvondo üzrə yığma komandamızın Olimpiya Oyunlarına ikinci lisenziyasıdır. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqram çəki dərəcəsində Olimpiadaya vəsiqəni təmin edib.
Yanvarın 17-də daha iki təmsilçimiz - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) lisenziyalar uğrunda qüvvələrini sınayacaqlar.