22/01/2016
15:14
5808
| A A A
"Bizim olimpiya çempionu olmağa hazır qadın güləşçimiz var"

"Azərbaycanda şərait çox yaxşı, hətta vətənim Bolqarıstandakı ilə müqayisəyəgəlməzdir". 

Goal.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi Semyon Çterev "Meridian Matç"a müsahibəsində deyib.

O bildirib ki, rəhbərliyi altında çalışanlar arasında olimpiya çempionu olmağa qadir pəhləvan var: "Hələlik qadın güləşində 3 lisenziyaya malikik. Daha çox vəsiqə qazanacağımıza ümidvaram. Bizim olimpiya çempionu olmağa hazır qadın güləşçimiz var".

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qadın güləşi növündə lisenziyaları Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq) qazanıb. Qarşıdakı təsnifat yarışlarında bu növdə daha 3 vəsiqə şansı var. Əvvəlki olimpiadalarda "Pekin-2008"də Mariya Stadnik bürünc. London-2012-də isə Mariya Stadnik gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI