24/01/2016
18:55
5667
| A A A
Ramal Hüseynovu ağır döyüş gözləyir

Kikboksçumuz Ramal Aslanov almaniyalı kikboksçu Mervin Rozendtruiklə Almaniyada mart ayının 26-sında 2016-ci il tarixində dünya kəməri uğrunda mübarizə aparacaq.

Goal.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev feysbuk səhifəsində bildirib. "Azərbaycan Respublikası Kikboksinq Federasiyasının yığma komandasının üzvü, "Dinamo” İdman Cəmiyyətinin idmançısı hamımızın sevimlisi Ramal (lord) Aslanov çox önəmli, dünya kəməri uğrunda mübarizəyə hazırlaşır. Mən inanıram ki, Ramal bu kəmər uğrunda layiqincə vuruşacaq və bütün Azərabaycan xalqını sevindirəcək”.,-deyə AKF prezidenti söyləyib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI