25/01/2016
18:07
5383
| A A A
Cüdo yığmamız Havana Qran-Prisində 8-ci oldu

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri turniri başa çatıb. Goal.az xəbər verir ki, yarışın sonuncu günü daha 4 cüdoçumuz tatamiyə çıxıb. Onlar arasında ən yaxşı nəticəni Elxan Məmmədov göstərib. 100 kq çəki dərəcəsində çıxış edən Elxan, ilk görüşdə kubalı Fernandez Sastre Yordaniyə heç bir şans verməyib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi məğlub edən sabiq dünya çempionu, ¼ finalda almaniyalı Frey Karl-Rixarda uduzub. Buna baxmayaraq Elxan Məmmədov 3-cü yer uğrunda ilk təsəlliverici qarşılaşmada Frey Karl-Rixardın həmyerlisi Dimitri Petersi tatamiyə çıxmağa peşman edib. Bürünc medal uğrunda sonuncu görüşdə Birləşmiş Ərəb Əmirliyi təmsilçisi İvan Romarenkoya qalib gələn Elxan, Qran-Pri turnirinin bürünc mükafını qazanıb.Digər təmsilçilərimizdən Elmar Qasımov, 90 kq çəkili Ramin Qurbanov və 100 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri isə ilk görüşlərdə qələbə qazansalar da, 2-ci qarşılaşmada uduzmaqla yarışla erkən vidalaşıb. 

Yığmamız komanda hesabında 8-ci olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI