25/01/2016
21:43
5069
| A A A
Artıq translar da Olimpiya oyunlarında iştirak edə biləcəklər

Rio-de-Janeyro da baş tutan olimpiya oyunlarında trans genderli idmançılar da iştirak edə biləcək.

Goal.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin tibb məmurları transgender məsələləri üzrə siyasəti hazırkı elmi, sosial və hüquqi münasibətlərə adaptasiya məqsədilə dəyişdirdiklərini açıqlayıb.

2003-cü ildə təsdiqlənmiş əvvəlki rəhbər prinsiplərə uyğun olaraq, cinsini dəyişənlər müvafiq əməliyyat aparmalı və yarışlara buraxılmaqdan ötrü ən azı 2 il ərzində hormonal terapiya keçməli idilər. İndi isə cərrahi müdaxilənin vacib olmadığı bildirilib. Cinslərini kişidən qadına dəyişənlər testosteronun səviyyəsinin müəyyən səviyyədən aşağı olduğunu rəsmi yarışdan ən azı bir il əvvələdək nümayiş etdirməlidirlər.

Növbəti olimpiada 5 - 21 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI