21/01/2016
04:45
6478
| A A A
"Simurq"un eks məşqçisi Ermənistanda çalışacaq
2011/12 mövsümündə Zaqatalanın "Simurq" klubunu çalışdıran Serqey Yuran fəaliyyətini Ermənistanda davam etdirəcək. Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəsis "Mika" ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
"Mika"nın sahibi Moskvaya gəldi, görüşdük. Üç gün heyətin kompletkləşməsini apardıq, yeni futbolçulara baxdıq. İki yoxlama oyununda qüvvəmizi sınadıq. "Lokomotiv-2" və "Arsenal"ı (Tula) məğlub etdik. Yanvarın 25-i Gürcüstana gedirik. "Mika" ilə müqaviləm iyunun 1-ə kimi nəzərdə tutulub. Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq" - Yuran bildirib.
Rusiyalı mütəxəsis məşqçilik karyerası ərzində "Şinnik", "Ximki", "Sibir" və "Baltika" klublarında da işləyib. Onun rəhbərliyi altında "Simurq" 2011/12 mövsümündə ilk altılıqdan kənarda qalmış və Azərbaycan kubokunda mübarizəni ilk mərhələdən dayandırmışdı. 2012-ci ilin yazında istefaya göndərilən Yuranın komandası yalnız 9-cu pilləni tuta bilmişdi.
GÜNÜN ƏN ÇOX OXUNANLARI