25/01/2016
16:27
7893
| A A A
Riyad Mahrez ölkəsində mükafat aldı
"Leicester City"nin yarımmüdafiəçisi Riyad Mahrez 2015-ci ildə Əlcəzairin ən yaxşı futbolçusu seçilib. "Al Haddaf" qəzetinin Ərəb dünyasının futbol ictimaiyyəti arasında keçirdiyi səsvermədə 24 yaşlı oyunçu ilk dəfə analoji mükafata sahib çıxıb. Goal.az xəbər verir ki, Mahrez "Porto"nun futbolçusu Yasin Brahimi və "Sporting"li İslam Slimanini qabaqlayıb. Mahrezə mükafatı yaxın keçmişin tanınmış futbolçusu Məhəmməd Abu Trika təqdim edib.

Riyad Mahrez (29.51%)
Yasine Brahimi (28.84%)
İslam Slimani (17.38%)
Fauzi Qulam (11.56%)
Sofyan Fequli (6.50%)

Qeyd edək ki, ötən il bu mükafat Yasin Brahimiyə nəsib olmuşdu.
GÜNÜN ƏN ÇOX OXUNANLARI