25/01/2016
21:22
6033
| A A A
Avropa Klublar Assosiasiyasının Klub İdarəetmə Proqramının ilk sessiyası gerçəkləşib

Almaniyanın Münhen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Klub İdarəetmə Proqramının ilk sessiyası təşkil olunub. 

Goal.az xəbər verir ki, yanvarın 18-dən "Allianz Arena"da baş tutmuş toplantıda klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub.

3 gün davam edən tədbirə Avropanın 29 futbol assosiasiyasından ümumilikdə 40 təmsilçi qatılıb. Görüşün ilk günü ECA sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro Proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Ardınca iştirakçılar "Klub İdarəetmə Proqramı"nın meneceri Olivye Yaroşun təqdimatında proqramın tərkibi ilə ətraflı tanış olublar.

Təbdirdə ECA-ya üzv klublardan - "Bazel"in rəhbəri Bernard Hasler, "Mançester Siti"nin icraçı direktoru Ferran Soriano, "Brügge"nin sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub. Seminarın sonunda iştirakçılar üçün "Allianz Arena" stadionunda tur təşkil edilib.

Tədbirdə ölkəmizi ECA-nın "Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu"nun üzvü, "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov təmsil edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI