"Tottenham" "Barcelona"dan futbolçu alır
"Barcelona"nın hücumçu Sandro Ramires qış transfer dönəmində komandadanı tərk edə bilər.
Goal.az xəbər verir ki, "Barca" yeni hücumçu alacağı təqdirdə baş məşqçisi Luis Enrike 20 yaşlı oyunçu ilə yollarını ayıracaq.
"Sport" qəzeti yazdığına görə, gənc futbolçunun xidmətində "Tottenham" maraqlıdı. İngiltərə təmsilçisi artıq bir neçə aydı ki, onu yaxından izləyir. Keçən həftə tərəflər arasında danışıqlar baş tutub.
La Liqa nəhəngi Sandroya 12 milyon avro qiymət qoyub. Bu məbləğ futbolçunun müqaviləsində qeyd edilib.
Xatırladaq ki, cari mövsüm primeroda 10 oyunda iştirak edən Sandro Ramires 1 məhsuldar ötürmə ilə yadda qalıb.