Messidən Ronaldinyo açıqlaması
"Barcelona"nın və dünyanın bir nömrəli futbolçusu Lionel Messi növbəti dəfə maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Goal.Az xəbər verir ki, Messi "Barsa”da 10 nömrəli formanı sabiq komanda yoldaşı Ronaldinyonun istəyi ilə geyindiyini açıqlayıb:
"Ronaldinyo 2008-ci ildə "Barcelona"dan ayrılmamışdan əvvəl məndən 10 nömrəli formanı geyinməmi istədi. Əgər onun bu forma ilə nələr etdiyini düşünsəydim, üzərimdə təzyiq hiss edər və bu təklifi qəbul etməzdim. Ancaq Roni mənim üçün çox dəyərli bir insan və futbolçu olub. O, "Barsa"nın tarixində olan əfsanələrdən biridir”.