Messi "Ən yaxşı futbolçu" seçildi
Avropa Klublar Assosiasiyası (ECA) da öz seçimini edib. Belə ki, bu qurum da ilin ən yaxşılarını seçib və mükafatlandırıb.
Goal.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən tədbirdə ECA 2015-ci ilin ən yaxşılarını mükafatlandırıb. Ən yaxşı futbolçu adına "Katalonlar"ın ulduz futbolçusu Lionel Messi layiq görülüb.
İlin futbolçusu: Lionel Messi ("Barcelona”)
İlin baş məşqçisi: Mark Vilmots (Belçika millisi)
İlin klubu: "Barcelona” (İspaniya)
İlin agenti: Jorje Mendeş
İlin hakimi: Ravşan İrmatov (Özbəkistan)
İlin klub prezidenti: Xosep Bartameu
İlin futbol akademiyası: "Benfica”
Ən yaxşı yaşlı futbolçular: Andrea Pirlo, Frenk Lempard "New York City”