29/12/2015
22:39
5715
| A A A
"Barcelona" onun məvacibini 3 dəfə artırmaq istəyir
"Barcelona" hücum xəttinin "üç muşketyorundan" olan Neymara növbəti dəfə müqavilənin uzadılmasını təklif edir. Goal.az xəbər verir ki, katalon klubu Neymarın maaşını üçqat artırmağı düşünür. Bununla da, "sambaçı"nın illik məvacibi 30 milyon olacaq. Neymar yeni müqaviləyə imza atsa, Messidən sonra "Barca"nın ən ödənişli futbolçusu olacaq. Hazırda onun maaşı illik 10.5 milyon avro təşkil edir.
GÜNÜN ƏN ÇOX OXUNANLARI