31/12/2015
16:53
3830
| A A A
Katalon klubu daha bir rekordu yenilədi
La Liqanın 17-ci turunda "Real Betisi" darmadağın edən (4:0) "Bacelona" 2015-ci ildə daha bir rekordu yeniləməyə imkan tapıb. Goal.az saytının verdiyi məlumata görə Luis Suarezin rəqib qapısından keçirdiyi 4-cü qol katalonların təqvim ilində vurduğu 180-ci qol olub. Bu göstəriciyə əsasən "Barca" 2014-cü ildə "Real"ın müəyyənləşdirdiyi rekordu (178 qol) yeniləyib. Həmin vaxt "Real"ın hücum xətti təxminən 108 qol vurmuşdusa, "Barcelona"nın Messi - Neymar - Suarez triosu 137 qol vurub.
GÜNÜN ƏN ÇOX OXUNANLARI