Luis Suarez cəzalandırıldı
"Barcelona"nın uruqvaylı futbolçusu Luis Suarez iki oyunluq diskvalifikasiya olunub. Goal.az xəbər verir ki, hücumçu İspaniya kubokunun 1/8 final mərhələsində "Espanyol"a qarşı keçirilən ilk oyunun (4:1) fasiləsində etdiyi hərəkətlərə görə bu cəzanı alıb. Onun soyunub-geyinmə otağının dəhlizində rəqib futbolçuları təhqir etdiyi iddia olunur. Uruqvaylı isə bunu tam inkar edir. "Barcelona" da diskvalifikasiya qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.