13/01/2016
18:13
5115
| A A A
"Barcelona"nın şikayəti təmin edilmədi
İspaniya Futbol Federasiyası "Barcelona"nın Luis Suarez barədə təqdim etdiyi apellyasiya şikayətinə baxıb. Goal.az xəbər verir ki, qurum uruqvaylı futbolçu barədə çıxarılmış 2 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb. Suarez ötən həftə "Espanyol"la ölkə kubokunun 1/8 final qarşılaşması zamanı yol verdiyi davranışa görə cəzalandırılmışdı. Görüşün baş hakimi Xuan Martinez Munuera oyunun protokolunda Suarezin "tuneldə hər iki komanda üzvlərinin qarşıdurmasına səbəb olan hərəkətlər" etdiyini qeyd edib.
Gərgin keçən görüşün ikinci hissəsində "Espanyol"dan Ernan Perez və Pape Diop meydandan qovulmuşdu.
GÜNÜN ƏN ÇOX OXUNANLARI