24/01/2016
15:49
4627
| A A A
"Real" ingilis müdafiəçiyə maraq göstərir
"Everton"un müdafiəçisi Con Stounz daha bir klubun transfer siyahısına salınıb. Goal.az xəbər verir ki, "Barcelona"nın ardınca "Real" da gənc futbolçuya maraq göstərməyə başlayıb. Madridlilər FİFA-nın transfer qadağası ləğv olunsa, 21 yaşlı oyunçunu yayda transfer etməyə çalışacaq. "Chelsea", "Manchester City" klublarının da maraqlandığı Stounz ötən yay "zadəganlar"ın 38 milyon funt təklifinə baxmayaraq, hazırki komandasında qalmışdı.
GÜNÜN ƏN ÇOX OXUNANLARI