26/01/2017
10:48
5289
| A A A
Millimizin Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri müəyyənləşir

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-21) arasında 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq püşkatmada UEFA 54 yığmanı reytinqlərinə əsasən 6 səbətə bölüb. Final mərhələsinə ev sahibliyi edəcək İtaliya seçmə mərhələdən azad edildiyi halda, digər təşkilatçı ölkə San Marinoyabu  güzəşt edilməyib.

Azərbaycan sondan əvvəlki - E səbətində Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya ilə birgə yer alıb. Bu isə o deməkdir ki, U-21 yığması adıçəkilən ölkələrdən olan həmyaşıdları ilə bir qrupa düşməyəcək.

Avropa futbol qurumunun İcraiyyə və Fövqəladə Komitəsinin qərarına əsasən, İspaniya yığması Cəbəllütariqlə, Kosova isə Serbiya, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşa bilməz.

Səbətlər:

A səbəti: Almaniya, Portuqaliya, İngiltərə, İspaniya, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya

B səbəti: Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belşika, Polşa, İsveçrə, Sloveniya

C səbəti: Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Çernoqoriya, Finlandiya

D səbəti: Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya

F səbəti: Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosov

E səbəti: Azərbaycan, Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya

Turnirin seçmə qrup mərhələsinin oyunları martın 20-də start götürəcək.

9 qrupda ilk pilləni tutan 9 ölkə yığması birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan birinci, üçüncü, dördüncü və beşinci yerdəki komandalarla oyunlardakı xalları nəzərə alınmaqla ən yaxşı göstəriciyə malik 4-ü isə "pley-off"a yüksələcək. Ev və səfər prinsipi ilə keçiriləcək "pley-off" qarşılaşmalarından sonra daha 2 komanda final mərhələsinə vəsiqə əldə edəcək. Beləliklə, 2019-cu il Avropa çempionatında təşkilatçı İtaliya ilə birgə 12 ölkə mübarizə aparacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40025 səs