28/11/2017
15:32
5984
| A A A
AVRO-2020 : Açılış mərasimini qəbul etməyə 5 şəhər namizəddir

AVRO-2020-nin açılış oyununa ev sahibliyi etməyə namizəd şəhərlərin yekun siyahısı məlum olub. Goal.az xəbər verir ki, matçın təşkili üçün 5 iddiaçı var. Bunlar Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləridir. UEFA İcraiyyə Komitəsi qalibin adını dekabrın 7-də açıqlayacaq. Bu tarixdə baş tutacaq iclasda Brüsselin qitə çempionatının oyunları qəbul etməsi məsələsində də baxılacaq.

Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci il Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlqazo (Şotlandiya) qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu baş tutacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39460 səs