08/02/2019
13:30
2883
| A A A
UEFA Bakıya gələcək yığmalar üçün məşq stadionları və otellərin siyahısını açıqladı

UEFA 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kataloqun müəllifləri iki il ərzində 150 otel və 100 bazanı ziyarət ediblər. Yekunda onlar Avropa çempionatına vəsiqə qazanacaq yığmalara geniş seçim imkanı yaradıblar.

Kataloqda ev sahibi olacaq hər bir şəhərdə 4-ə qədər müasir standartlara cavab verən təklif irəli sürülüb. Müxətlif kateqoriayalara aid təlim-məşq mərkəzləri arasında həvəskar komandalardan tutmuş, peşəkar klubların, eləcə də yığmaların bazalarına qədər rast gəlmək mümkündür.

Kataloqda ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək Bakıya aid bölmədə dəst formasında 3 stadion və eyni sayda otel yer alıb. “Bakcell Arena”nı seçəcək komanda “Fairmont Baku Flame Towers Hotel”də məskunlaşa bilər. “Dalğa Arena” üçün “Bilgah Beach Hotel” təqdim olunub. Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verəcək kollektivə isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

Kataloqda Bakı bölməsini seçdikdən sonra təlim-məşq bazaları və mehmanxalara keçid edərək, daha ətraflı məlumat əldə etmək olar.

“Bakı dünyada dəniz səviyyəsindən ən aşağı – 28 metrlikdə olan paytaxt şəhərdir. Azərbaycanın paytaxtı həm neftin çox olduğu, həm də “küləklər şəhəri” kimi tanınır. Bu, Qafaqaz regionunda ən böyük şəhər və Xəzər dənizi hövzəsində ən iri bazadır. Son vaxtlar Bakıda xarici qonaqların sürətli artımı müşahidə edilir. Bu isə o deməkdir ki, seçim üçün müasir otellərin sayı çoxdur”, - Bakının kataloqunda qeyd olunur.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1265 səs