30/11/2019
22:08
3307
| A A A
Türkiyə millisinin 2 oyunu Bakıda keçiriləcək

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının Bakıda baş tutacaq oyunlarının təqvimi müəyyənləşib.

Goal.az xəbər verir ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.

İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

Qeyd edək ki, AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. İtaliya da AÇ-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə baş tutacaq oyunlar Bakıda keçirilməyəcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8511 səs